"Fiorentina"nın yeni baş məşqçisi Stefano Pioli oldu

İtaliyanın A Seriyasında mübarizə aparan "Fiorentina" klubu baş məşqçi vəzifəsinə Stefano Piolini gətirdiyini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, klubun rəsmi internet saytında yayımlanan məlumata görə, təcrübəli mütəxəssislə 30 iyun 2028-ci il tarixinə qədər qüvvədə olacaq müqavilə imzalanıb.
59 yaşlı italyan çalışdırıcı daha əvvəl "Milan" klubunu 2021/22 mövsümündə A Seriya çempionluğuna daşıyıb. O, son olaraq Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda fəaliyyət göstərib və ötən ay komandadan ayrılıb.
© Copyright 2025, All Rights Reserved