Fiqo El Klasiko barədə proqnoz verdi
Luiş Fiqo: “El Klasiko”da “Real Madrid” 3:1 hesabı ilə qalib gələcək".
90plus.az xəbər verir ki, sabiq portuqaliyalı ulduz Luiş Fiqo qarşıdakı “El Klasiko” barədə proqnoz verib. Onun fikrincə, “Real Madrid” “Barselona” üzərində qələbə qazanacaq.
“Məncə, “Real Madrid” 3:1 hesabı ilə qalib gələcək. Qolların vurulacağı baxımlı oyun olacaq. “El Klasiko”da favorit yoxdur – komandaların mövcud vəziyyətindən asılı olmayaraq, bu matç həmişə xüsusi alınır. “Real Madrid”in evdə oynaması üstünlükdür, amma bu, qələbəyə zəmanət vermir”, – deyə Fiqo “Marca”ya bildirib.
Qeyd: "Real Madrid” – “Barselona” oyunu 26 noyabr saat 19:15-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved