Flavinyo: "Neftçi"nin bu halına üzülürəm"
”Neftçi” klubunun sabiq kapitanı Flavinyo sevimli komandası haqqında danışdı.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu sabiq komandasının üzücü halından danışdı:
"Neftçi" ilə maraqlanır, təbii ki, izləyirəm. Bu klub mənim üçün doğmadır, əzizdir. Orda uzun illər oynamışam. Xatirələrim böyükdür. İndi də komandanın nəticələrinə baxıram. Mənim üçün yeni heç nə yoxdur, bu klub uzun illərdir ki, belədir. Təəssüf ki, heç nə dəyişmir.
Komandanın turnir cədvəlindəki mövqeyi, derbilər... Həqiqətən də, üzücü və utancverici vəziyyətdir. Bizim vaxtı ilə ad qoyub getdiyimiz “Neftçi”nin indiki vəziyyəti çox üzücüdür. Həmin “Neftçi”ni məhv etdilər. Biz o cür komanda qoyub getmişdik, indi Braziliyada mənə “Neftçi”dən yox, “Qarabağ”dan danışırlar".
Qeyd: Flavinyo 2010-2014-cü illər arasında "Neftçi"də forma geyinib. O, 72 matçda 26 qol vurmağı bacarmışdı.
📰 : Apasport
© Copyright 2025, All Rights Reserved