Florentino Peresin yanvar transfer planı - O, kuboklar istəyir
“Real Madrid” rəhbərliyi yanvar transfer pəncərəsində heç bir futbolçu almayacaq. Klub daxilində mövcud heyətin bu mövsüm titullar qazanmaq üçün kifayət etdiyi barədə tam etimad ifadə olunub.
90plus.az xəbər verir ki, klubun prezidenti Florentino Peres daxili toplantılarda açıq şəkildə bildirib ki, komanda əlində olan futbolçularla uğur qazanmalıdır. Bu qərar futbolçular üzərində təzyiqi daha da artırır və mövsümün sonunda kubokların “Santyaqo Bernabeu”ya gətirilməsi əsas tələb kimi qoyulub.
Bu addım xüsusilə müdafiə xəttində yaşanan ciddi zədə problemlərinə baxmayaraq atılıb. Mövsüm ərzində bir çox əsas futbolçu müxtəlif zədələr səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Zədə alan oyunçular arasında Trent Aleksander-Arnold, David Alaba, Raul Asensio, Eder Militao, Ferlan Mendi, Dani Karvaxal və Din Heysen kimi adlar yer alır. Bu futbolçuların əksəriyyəti mövsümün mühüm hissəsini buraxıb.
Buna baxmayaraq, “Real Madrid” rəhbərliyi heyəti gücləndirmək əvəzinə mövcud oyunçulara güvənmək yolunu seçib. Florentino Peresin bu qərarla komandadan maksimum səviyyədə cavab və mövsüm sonunda ən azı bir böyük titul gözlədiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved