Florian Virts “Liverpul”la anlaşdı

Florian Virts "Liverpul"la razılaşıb.
90plus.az xəbər verir ki, "Qırmızılar" "Bayer Leverkuzen"in ulduz futbolçusu Florian Virtsin transferi üçün klub tarixində rekord məbləğ ödəməyə razılaşıb. Müqavilənin ümumi dəyəri 150 milyon avro təşkil edir və bu məbləğə performansa bağlı bonuslar da daxildir.
Virts 2023-24 mövsümündə "Leverkuzen"in Bundesliqa və Almaniya Kubokunu qazanmasında əsas rol oynayıb.
Transferin rəsmiləşməsi üçün tibbi müayinə və müqavilənin imzalanması gözlənilir. Bu transfer, Premyer Liqa tarixində ən bahalı üçüncü transfer olacaq.
Virtsin həftəlik maaşı təxminən 350,000 funt sterlinq olacaq. Bu transferlə "Liverpul" "Man Siti" və "Real Madrid" kimi klubları geridə qoyaraq, Avropanın ən istedadlı gənc oyunçularından birini heyətinə qatır.
© Copyright 2025, All Rights Reserved