"Fənər" "Qalatasaray"ın istədiyi futbolçunu transfer edib

Filip Kostiç "Yuventus"u "Fənər"ə dəyişdi.
90plus.az xəbər verir ki, heyətini gücləndirməkdə davam edən "Fənərbağça" "Yuvetus"dan serbiyalı cinah hücumçusunu heyətinə qatıb. Futbolçu 1 illiyinə icarəyə götürülüb. "Fənər"in oyunçunu almaq imkanı da var.
Qeyd: Kostiç "Yuventus"a "Ayntraxt"dan gəlmişdi.
© Copyright 2025, All Rights Reserved