"Fənərbağça" cinah müdafiəçisini itirdi
Dünən Türkiyə Superkubokunun finalı çərçivəsində baş tutan “Qalatasaray” – “Fənərbağça” (0:2) oyununda xəsarət alan Levent Mercanın vəziyyəti ilə bağlı açıqlama verilib.
90plus.az klubun mətbuat xidmətinə əsaslanaraq bildirir ki, sağ ayağının arxa əzələsində cırıq aşkarlanan “Fənərbağça” futbolçusunun təxminən 6 həftə meydanlardan kənarda qalacağı proqnozlaşdırılır.
ℹ️ Levent bu mövsüm “Fənərbaxça” forması ilə meydana çıxdığı 15 qarşılaşmada 5 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved