"Fənərbağça" dünya çempionunu heyətinə qatdı - RƏSMİ
“Fənərbağça” klubu heyətini məşhur dünya ulduzu ilə gücləndirib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı yarımmüdafiəçi N’Qolo Kantenin transferini rəsmən açıqlayıb.
Son olaraq Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edən Fransa millisinin 34 yaşlı futbolçusu ilə “Fənərbağça” arasında 2,5 illik müqavilə imzalanıb.
Təcrübəli yarımmüdafiəçi “Əl-İttihad” ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra İstanbul təmsilçisi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzaladı.
Sənədlərlə bağlı yaranan problemlərdən sonra FIFA “Fənərbağça” və “Əl-İttihad”a yaşıl işıq yandırdı. Rəsmi açıqlama da verildi.
"Fənərbağça” Kanteni belə təqdim etdi:
"Bəzi hekayələr zaman tələb edər, amma yarımçıq qalmaz"
Kante yalnız “Fənərbağça”nı istəyirdi!
Bildirilib ki, N’Qolo Kante bu gün İstanbula gələrək rəsmi sənədlərə imza atacaq.
© Copyright 2026, All Rights Reserved