"Fənərbağça" İsrail komandalarına qarşı oyunlarını bu ölkədə keçirəcək
 
                             
                         
                             
                                "Fənərbağça" Avro Liqada İsrail klubları ilə oynayacağı iç saha oyunlarının yerini açıqlayıb.
90plus.az xəbər verir ki, sarı-lacıvərtli komanda 11 Noyabrda "Makkabi Tel-Əviv" və 13 Noyabrda "Hapoel Tel-Əviv" ilə keçirəcəyi qarşılaşmaların hansı arenada oynanacağını açıqlayıb.
Klubun rəsmi açıqlamasında bildirilib ki, Ülker İdman və Etkinlik Salonunda keçirilməsi planlaşdırılan Avro Liqanın 10 və 11-ci həftə oyunları, təhlükəsizlik tədbirləri səbəbindən fərqli bir ölkədə, azarkeşlərin iştirakına açıq şəkildə keçiriləcək.
Açıqlamada qeyd olunub ki, "Fənərbağça" və Avro Liqa rəsmi şəxslərinin apardığı araşdırmalar nəticəsində oyunların Almaniyanın Münhen şəhərindəki SAP Garden arenasında keçirilməsinə qərar verilib. Oyunların başlama saatı, bilet satışı və Ülker Salonunda oynanmayacağı üçün kombinə sahiblərinin yaşayacağı narahatlıqlar barədə məlumat rəsmi internet saytında paylaşılacaq.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved