"Fənərbağça" onu heyətinə qatdı
"Fənərbağça" futbol klubu Çağlar Söyüncünü birdəfəlik transfer edib.
90plus.az xəbər verir ki, klub gənc müdafiəçi ilə 4 illik müqavilə imzalayıb. "Fənərbağça" futbolçunu "Atletiko"dan transfer etmək üçün 8,5 milyon avro ödəyib.
Qeyd: Çağlar Söyüncü ötən qışdan icarə əsasında İstanbul təmsilçisinin heyətində oynayır. Bu müddət ərzində isə futbolçu 16 rəsmi matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.
Mənbə: "Fənərbağça" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved