"Fənərbağça" Qaziantepdə səhv etmədi
90plus.az xəbər verir ki, Süper Liqasının 10-cu turunda “Fənərbağça” səfərdə “Qaziantep FK” ilə qarşılaşıb və 4:0 hesablı qələbə əldə edib.
Matçda əsas fərqi “Fənərbağça”nın hücumçuları yaratdı. En-Nesyri 5-ci və 21-ci dəqiqələrdə fərqlənərək dubla imza atdı. Anderson Talisca isə 81-ci dəqiqədə sərbəst zərbədən və 88-ci dəqiqədə cərimə meydançası xaricindən vurduğu qollarla komandasının qələbəsini möhkəmləndirdi.
“Qaziantep FK”də Abena 86-cı dəqiqədə Talisca ilə qarşılaşmada etdiyi faul nəticəsində VAR yoxlamasından sonra qırmızı vərəqə alaraq meydandan çıxarıldı:
Qollar:
https://t.me/doxsanplus/109783
https://t.me/doxsanplus/109785
https://t.me/doxsanplus/109788
Bu nəticə ilə “Fənərbağça” liqada yenilməzliyini qoruyaraq 22 xalla 3-cü pilləyə yüksəldi. “Qaziantep FK” isə 17 xalda qaldı və uzun müddətli yenilməzlik seriyası sona çatdı.
© Copyright 2025, All Rights Reserved