“Fənərbağça” Taliskaya penalti vurmağı qadağan etdi

"Fənərbağça"da Anderson Taliskanın penalti vurması qadağan olunub.
90plus.az xəbər verir ki, braziliyalı sadəcə cərimə zərbələrini vuracaq (🔗: Sabah).
“Fənərbağça”nın “Alanyaspor”la 2:2 hesablı heç-heçə etdiyi oyunda ikinci dəfə penaltini qaçırdığına görə Anderson Taliskaya dair belə bir qərar qəbul edilib.
“Alanyaspor”la qarşılaşmada penaltini dəyərləndirə bilməyən və azarkeşlərin tənqidinə tuş gələn Taliska mövsümdə ikinci dəfə vacib anda 11 metrlik cərimə zərbəsini qaçırdı.
Mövsümün əvvəlində “Göztepe”yə qarşı 90+5-ci dəqiqədə penaltiyi qola çevirə bilməyən braziliyalı futbolçu, bu dəfə də “Alanya” ilə matçın 57-ci dəqiqəsində zərbəsini istədiyi kimi vurmayaraq böyük məyusluq yaşatdı.
Texniki heyət isə Taliska ilə bağlı yeni qərarını açıqlayıb. Təcrübəli futbolçu artıq penaltilərdə yox, yalnız cərimə zərbələrində topun başına keçəcək.
© Copyright 2025, All Rights Reserved