"Fənərbağça" xarici investora satıldı
"Fənərbağça" İdman Klubu "Fənərbağça" Futbol A.Ş-dəki səhmlərinin 4.8 faizini xarici bir investora satdığını bəyan edib.
90plus.az xəbər verir ki, klubun İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi açıqlamada bildirilib:
"Fənərbağça" İdman Klubu buraxılmış səhmlərin 4.8 faizinə bərabər olan 12 milyon ədəd B kateqoriyalı səhmi xüsusi sifariş əsasında xarici investora satıb. Bu səhmlərin birinin satış dəyəri 46.10 türk lirəsi olub.
"Fənərbağça" İdman Klubunun "Fənərbağça" Futbol A.Ş-dəki ümumi payı 62.27 faizə qədər azalıb.
© Copyright 2025, All Rights Reserved