"Fənərbağça"dan baş məşqçi ilə bağlı qərar
“Fənərbağça” klubunda baş məşqçi dəyişikliyi gözlənilir.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin çalışdırıcısı Domeniko Tedesko ilə yolların ayrılacağı bildirilir. Məlumata görə, rəhbərlik mövsümün gedişində komandanın nəticələrini nəzərə alaraq belə qərar verməyə hazırlaşır.
Domeniko Tedesko cari mövsümün əvvəlində Joze Mourinyonun əvəzinə “Fənərbağça”nın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 39 oyun keçirib və bu matçların 23-də qələbə qazanıb.
Hazırda “Fənərbağça” Türkiyə Super Liqasında 57 xalla 2-ci pillədə qərarlaşıb. “Sarı-lacıvərdlilər” bir oyun artıq keçirmələrinə baxmayaraq lider “Qalatasaray”dan 4 xal geri qalırlar.
© Copyright 2026, All Rights Reserved