"Fənərbağça"dan derbidə dramatik qələbə
Türkiyə Super Liqasının 28-ci turunda "Fənərbağça" öz meydanında "Beşiktaş"ı qəbul edib.
90plus.az xəbər verir ki, Çobani stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. Oyunun taleyi isə son dəqiqələrdə həll olunub.
Matçın 90+9-cu dəqiqəsində "Fənərbağça" penalti qazanıb. Topun arxasına keçən Kərəm Aktürkoğlu 90+11-ci dəqiqədə dəqiq zərbə ilə fərqlənərək komandasına qələbə qazandırıb – 1:0.
Matçda vurulan qolun videosuna bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra "Fənərbağça" xalını 63-ə yüksəldib və bir oyun artıq keçirməsinə baxmayaraq "Qalatasaray"la xal fərqini 1-ə endirib. "Beşiktaş" isə 52 xalla qalıb.
© Copyright 2026, All Rights Reserved