"Fənərbağça"nın futbolçusu əzəli rəqibinə keçir
"Fənərbağça"nın futbolçusu İrfan Can Kahveci Super Liqada yeni klubuna keçə bilər.
90plus.az xəbər verir ki, "Trabzonspor" türk vingerini transfer etmək niyyətindədir.
Qara Dəniz klubunun planı İrfan Canı satınalma opsiyası ilə icarəyə götürməkdir. Bu həftə 30 yaşlı hücumçunun transferi ilə bağlı hər iki klubun prezidenti görüşəcək.
Qeyd: İrfan Can Kahveci "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan kənarlaşdırılıb. Türkiyə millisinin üzvünün klub ilə müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə qədər etibarlıdır.
© Copyright 2025, All Rights Reserved