“Fənərbağça”nın istəmədiyi Emre Mor başqa klub ilə razılaşma yolunda
“Gənclərbirliyi” Emre Mor üçün hərəkətə keçdi – razılaşma yaxın görünür.
90plus.az xəbər verir ki, “Gənclərbirliyi” “Fənərbağça”nın heyətində düşünülməyən Emre Morla bağlı konkret addım atmağa hazırlaşır. Məlumata görə, paytaxt klubu bu həftə 28 yaşlı futbolçu ilə rəsmi görüş keçirəcək.
Fanatik nəşrinin yazdığına görə, tərəflər arasında razılaşmanın əldə olunmasına demək olar ki, dəqiq gözü ilə baxılır. “Gənclərbirliyi” rəhbərliyi Emre Moru komandanın hücum xəttində əsas fiqurlardan biri kimi görür.
Qeyd: “Fənərbağça”nın planlarında yer almayan Emre Mor karyerasını davam etdirmək üçün müntəzəm oynaya biləcəyi klub axtarışındadır və “Gənclərbirliyi” bu baxımdan onun üçün uyğun variant hesab olunur.
© Copyright 2026, All Rights Reserved