"Fənərbağça"nın sabiq üzvü xəstəxanaya yerləşdirildi
Braziliyalı futbolçu Luiz Qustavonun sinəsində ağrı hiss etməsindən sonra təcili olaraq xəstəxanaya yerləşdirildiyi bildirildi.
90plus.az xəbər verir ki, sabiq "Fənərbağça" oyunçusunun hazırda Braziliyanın "Sao Paulo" komandasında oynadığı məlumdur. "Sao Paulo"nun sosial media hesabından edilən açıqlamaya görə, Qustavo sinəsindəki ağrı üzündən klubun həkimləri tərəfindən dərhal tibbi müayinə edilmiş və daha sonra xəstəxanaya aparılmışdır. Müayinələr nəticəsində təcrübəli futbolçuda ağciyər tromboembolisi diaqnozu qoyulub.
Həkimlər Qustavonun vəziyyətini izləmək və müalicə məqsədilə bir müddət xəstəxanada qalacağını açıqlayıblar.
"Fənərbağça"nın keçmiş ulduzu 2019-cu ildə İstanbul klubuna qoşulmuş və 2021/22 mövsümünün sonunda Braziliyaya qayıdaraq "Sao Paulo"da karyerasını davam etdirmişdir. Bu mövsüm Luiz Qustavo "Sao Paulo" forması ilə iki oyuna çıxıb.
© Copyright 2025, All Rights Reserved