"Fənərbağça"ya Kantedən pis xəbər - Gəlmədi
“Fənərbağça”nın Kante cavab gəldi.
90plus.az xəbər verir ki, ara transfer dövründə heyətini gücləndirməyi planlaşdıran “Fənərbağça”nın əsas hədəflərindən biri N’Qolo Kantedir. Sarı-göylər bu məqsədlə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ın qapısını bir daha döyüb.
Türkiyə klubunun ilk təmaslardan istədiyi nəticəni ala bilmədiyi bildirilir. Buna baxmayaraq, “Fənərbağça” Kante üçün “Əl-İttihad”a yeni təklif təqdim edib.
Səudiyyə mətbuatında yer alan xəbərlərə görə, “Əl-İttihad” bu təklifi də geri çevirib. “Arriyadiyah” nəşri yazır ki, klub rəhbərliyi təcrübəli yarımmüdafiəçinin komandada qalmasını istəyir və onun satışını gündəmə gətirmir.
© Copyright 2026, All Rights Reserved