Fonseka qaçırılıb, qarət olunub!

Uruqvay millisinin və “Leon” klubunun futbolçusu Nikolas Fonseka bazanın yaxınlığında qarət edilib, yük maşını isə oğurlanıb.
90plus.az xəbər verir ki, hadisə fevralın 27-də baş verib.
Fonseka klubun məşqinə gedən zaman yolda naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Amma 2 saat sonra buraxılıb və durumu yaxşıdır. Məsələnin təfərrüatları hələ məlum deyil.
Komanda: "Niko yaxşıdır və komanda yoldaşları ilə sabahkı oyuna hazırlaşır, müntəzəm məşq edir" deyə açıqlayıb.
📰: RMC Sport; Associated Press
Yerli media Fonsekanın qaçırıldığını və uzaq bir ərazidə tərk edildiyini bildirsə də, komanda bunu inkar edir:
"Biz şayiələrə əhəmiyyət verməməyi və ya bu qədər incə məsələlərlə bağlı saxta xəbərlər yaymamağı xahiş edirik".
Qeyd: Leon şəhəri Meksikanın 32 əyaləti içində ən çox qətl hadisəsinin baş verdiyi yerdir.
© Copyright 2025, All Rights Reserved