“Formula 1”də milyonluq toy: Şarl Leklerkin seçdiyi avtomobil gündəm oldu - FOTO
“Formula 1”də 2026 mövsümünə sayılı günlər qalmış monakolu pilot Şarl Leklerk şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, məşhur pilot uzun müddətdir münasibətdə olduğu sosial media fenomeni Aleksandra Sen-Mlö ilə Monakoda nikah masasına oturub.
28 fevral 2026-cı ildə keçirilən sadə, lakin zərif mərasimdən sonra cütlük sosial şəbəkə paylaşımları ilə gündəm olub. Aleksandra sosial media hesabında soyadını “Aleksandra Leklerk” olaraq yeniləyib. Bildirilib ki, cütlük 2027-ci ildə daha möhtəşəm bir toy mərasimi təşkil etməyi planlaşdırır.
Toy mərasimində ən çox müzakirə olunan detal isə Leklerkin seçdiyi avtomobil olub. Pilot klassik Ferrari markasına məxsus 1957-ci il istehsalı Ferrari 250 Testa Rossa modelinə üstünlük verib.
Hazırda dünyada ən çox axtarılan klassik “Ferrari” modellərindən biri sayılan bu avtomobilin dəyəri 31–35 milyon avro arasında qiymətləndirilir. Məhz bu seçim sosial mediada geniş rezonans doğurub və “Formula 1” azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb.
© Copyright 2026, All Rights Reserved