Fransa klubunda yeni baş məşqçi
Fransanın "Renn" klubu yeni baş məşqçisini açıqlayıb.
90plus.az xəbər verir ki, Liqa 1 təmsilçisini Frank Ez çalışdıracaq. Bu barədə klubun rəsmi mətbuat xidməti xəbər yayıb.
54 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd: Frank Ezin son iş yeri "Nitsa" klubu olub.
© Copyright 2026, All Rights Reserved