Fransa Liqa 1 klubundan İtaliya A Seriyasına keçir

“Fiorentina” Mattia Vitinin transferi üçün razılıq əldə edib.
90plus.az xəbər verir ki, “Fiorentina” klubu mərkəz müdafiəçi Mattia Vitinin transferi üçün “Nitsa” ilə şifahi razılıq əldə edib. Bu barədə tanınmış insayder jurnalist Fabrisio Romano məlumat yayıb.
Transfer icarə əsasında baş tutacaq. Müqavilədə 4.5 milyon avro məbləğində satınalma hüququ nəzərdə tutulub, lakin bu maddə məcburi deyil.
Bundan əlavə, razılaşmaya gələcək transferdən 15% pay maddəsi də daxil edilib.
Vitinin “Fiorentina”ya keçidi yaxın günlərdə rəsmiləşə bilər.
© Copyright 2025, All Rights Reserved