Fransa millisinin üzvü Almaniyaya dönür
İcarə əsasında "Marsel"də çıxış edən Benjamin Pavard karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
90plus.az bildirir ki, "Borussiya" fransalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Dortmund klubu komandadan ayrılması gözlənilən Niko Şlotterbekin yerinə Pavarı düşünür. "Borussiya" 29 yaşlı mərkəz müdafiəçisini yay transfer pəncərəsində heyətinə qatmağa çalışacaq.
"Marsel" Pavarı mövsümün əvvəlində "İnter"dən icarəyə götürüb. Fransa milli komandası üzvü Liqa 1 klubunda 27 rəsmi oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu daha əvvəl "Bayern Münhen"də forma geyinib.
© Copyright 2026, All Rights Reserved