Fransada Mbappe şoku - Zədəsi ciddidir
“Real”ın hücumçusu Kilian Mbappenin dizindən aldığı zədə ilkin ehtimal olunduğundan daha ciddi xarakter daşıyır.
90plus.az xəbər verir ki, fransalı futbolçunun vəziyyəti “kral klubu”nun rəhbərliyini narahat edir. Bu barədə “El Larguero” məlumat yayıb.
Klub tərəfindən əvvəlcə burxulma diaqnozu qoyulsa da, Mbappenin dizində arxa çarpaz bağın zədələnmə həddində olduğu bildirilir.
Fransa millisinin üzvünün dünya çempionatına tam hazır formada qatılması üçün müəyyən zamana ehtiyacı var. Əgər reabilitasiya prosesi sürətləndirilsə, zədə daha da ağırlaşa bilər və 27 yaşlı hücumçu mundialdan kənarda qala bilər.
© Copyright 2026, All Rights Reserved