Fransız futbolçu Dimitri Payet karyerasını bitirdi
Fransalı futbolçu Dimitri Payet peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi son dönəmlər klubsuz idi və bu qərarı ilə futbol həyatına nöqtə qoyub.
Karyerası ərzində xüsusilə “Vest Hem” və “Marsel” klublarındakı çıxışı ilə diqqət çəkən Payet, texnikası və yaradıcı oyunu ilə azarkeşlərin yaddaşında iz qoyub.
Son olaraq “Vasko da Qama”nın heyətində çıxış edən təcrübəli futbolçu müqaviləsinin başa çatmasından sonra yeni klub tapmamışdı.
Qeyd: Dimitri Payet karyerası boyunca 744 oyuna çıxıb, 150 qol vurub və 196 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved