Füllkruqun 500 minlik saatı oğurlandı
“Milan”da icarədə olan almaniyalı futbolçu Niklas Füllkruq hotellərin birində soyğunçuluğun qurbanı olub.
90plus.az xəbər verir ki, Füllkruq məşqə getmək üçün hoteldən ayrılıb və geri qayıtdıqda seyfin zorla açıldığını görüb.
Oğurlanan əşyaların ümumi dəyəri təxminən 500 min avro olan dörd lüks saat olduğu bildirilir.
Futbolçu potensial şübhəlilərin müəyyənləşdirilməsi üçün İtaliya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir, otaqda sübutların tapılması üçün barmaq izi araşdırması aparılıb.
© Copyright 2026, All Rights Reserved