Futbol tarixində bir ilk: 2026 Dünya Çempionatına son 100 gün qaldı
Futbol tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək 2026 FIFA Dünya Çempionatı turnirinin startına cəmi 100 gün qalır.
90plus.az xəbər verir ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi mundial 11 iyun tarixində Meksika şəhərində yerləşən Estadio Azteca stadionunda start götürəcək. Altı həftə davam edəcək turnir 19 iyul tarixində ABŞ-ın Nyu-York şəhərindəki MetLife Stadium arenasında keçiriləcək final qarşılaşması ilə başa çatacaq.
2026 Dünya Çempionatı çərçivəsində 16 fərqli stadionda, 4 müxtəlif saat qurşağında ümumilikdə 104 oyun təşkil olunacaq. Qarşılaşmaların 78-i ABŞ-da baş tutacaq.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında FIFA 7 milyard dollar gəlir əldə etmişdi. Quruma görə, 2026-cı ildə bu rəqəmin 11 milyard dollara çatacağı proqnozlaşdırılır.
Komanda sayının 48-ə yüksəlməsi bir sıra ölkələr üçün də tarixi imkan yaradıb. Kapo-Verde, Kurasao, İordaniya və Özbəkistan yığmaları tarixlərində ilk dəfə Dünya Çempionatına vəsiqə qazanıblar.
© Copyright 2026, All Rights Reserved