Futbolçu və Əmlak Milyonçusu

Danimarkalı hücumçu Martin Breytueyt təkcə futbol bacarıqları ilə deyil, həm də uğurlu biznes fəaliyyəti ilə diqqət çəkir.
90plus.az xəbər verir ki, 2017-ci ildə əmisi Filip Maykl ilə birlikdə ABŞ-da daşınmaz əmlak sektoruna 850,000 dollar sərmayə qoyaraq "NYCE Companies" adlı şirkəti qurublar. Bu sərmayə qısa müddətdə böyük uğur qazanıb və şirkətin dəyəri 2021-ci ilin sonuna qədər 25 dəfə artaraq 250 milyon dollara çatıb.
Breytueyt və əmisi hazırda ABŞ-ın müxtəlif şəhərlərində, o cümlədən Nyu-York, Filadelfiya, Cersi Siti və San Antonioda yerləşən 1,500-dən çox mənzilə sahibdirlər və əlavə 500 mənzil layihəsi üzərində işləyirlər.
Onların əsas məqsədi 2025-ci ilə qədər ABŞ-da 1 milyard dollarlıq yüksək texnologiyalı yaşayış layihələri həyata keçirməkdir.
Breytueytin biznes fəaliyyəti yalnız daşınmaz əmlakla məhdudlaşmır. O, həyat yoldaşı Ann-Lor Luyis ilə birlikdə "Trente" adlı geyim markasını idarə edir və Barselonada "Gave" adlı restoranın sahibidir.
Bu uğurlu investisiyalar sayəsində Breytueyt "Barselona" klubunun ən varlı oyunçularından biri hesab olunur və ümumi sərvəti 250 milyon dolları aşır.
© Copyright 2025, All Rights Reserved