Gedsonun üzünə lazer tutan şəxsi cəzalandırdılar
Türkiyə Superliqasında baş tutan "Fənərbağça" - "Beşiktaş" qarşılaşmasında penalti zərbəsi icra etməyə hazırlaşan qonaq komandanın oyunçusu Jedson Fernandesin üzərinə lazer işığı tutan bir azarkeş cəzalandırılıb.
90plus.az xəbər verir ki, hadisə ilə bağlı saxlanılan şəxsin "Fənərbağça" fanatı olduğu müəyyən edilib.
Şəxsiyyəti açıqlanmayan azarkeş bu hərəkətinə görə peşman olduğunu və bunu istəmədən etdiyini deyib.
Lakin bu açıqlama onun cəzadan yayınmasına səbəb olmayıb. Qərara əsasən, o, bir il müddətində stadionda keçirilən oyunlara baxa bilməyəcək.
© Copyright 2025, All Rights Reserved