Gimnaziada: Boks millimiz 1-ci yeri tutdu

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks üzrə Azərbaycan millisi 1-ci yeri tutub.
90plus.az xəbər verir ki, məktəblilərin multi-idman yarışında Azərbaycan millisi 18 medal qazanıb: 11-ini oğlan boksçular, 7-ni isə qızlar.
Bütün rəqiblərini üstələyən Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Rza Rzayev (70 kq) çempion tituluna yiyələnib.
Valeh Eyvazlı (66 kq) gümüş, Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə Oyunları bürünc medalla başa vurub.
Nəticədə 8 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanan oğlan boksçulardan ibarət Azərbaycan millisi komanda hesabında 1-ci yeri tutub.
Qız boksçularımızdan Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) qızıl medal qazanıb. Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə gümüş mükafata layiq görülüblər.
Qeyd: Əli Əliyev (46 kq) erməni boksçu ilə qarşılaşıb və çempion olub. Bu, komandamızın Manamada ilk qızıl medalı idi.
© Copyright 2025, All Rights Reserved