Gəncədə MDB oyunlarının açılışı baş tutdu

Sentyabrın 28-də Gəncə şəhərində III MDB Oyunlarının rəsmi açılış mərasimi təşkil olunub.
90plus.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilərək Dövlət Himnimizin sədaları altında yüksəldilib.
Daha sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançıları möhtəşəm paradla arenaya daxil olublar. Açılış mərasimində Azərbaycan Bayrağını karate üzrə idmançımız Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə daşıyıblar.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər. İdmançılar və onların məşqçiləri andiçmə mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarının rəsmi açılışını bəyan edib.
Tədbir bədii proqramla davam etdirilib.
© Copyright 2025, All Rights Reserved