Görün Ançelotti nə ilə ittiham olunur
"Real" klubunun baş məşqçisi Karlo Ançelotti vergidən yayınma məsələsinə görə məhkəməyə çıxacaq.
90plus.az xəbər verir ki, italiyalı mütəxəssis 2014 və 2015-ci illərdə yalnız klubdan aldığı maaşa görə vergi ödəyib, lakin əlavə gəlir mənbələrindən vergidən yayınıb. Onun ümumi borcunun 1 milyon 62 min avro olduğu bildirilir. Məlumata görə, Ançelottinin 4 il 9 ay həbs cəzası ala biləcəyi ehtimal edilir.
O, aprelin 2-də Madrid məhkəməsinə çıxacaq.
Xatırlatma: Ançelotti 2021-ci ildən "Real"ın baş məşqçisi vəzifəsini icra edir. O, 2013-2015-ci illərdə də bu komandaya rəhbərlik edib.
© Copyright 2025, All Rights Reserved