Güləşçimiz qızıl medal qazandı
Giorgi Meşvildişvili Varşavada qızıl medal qazandı!
90plus.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı olan sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) Polşada təşkil edilən beynəlxalq turnirdə parlaq çıxışla yadda qalıb.
Azərbaycanı təmsil edən təcrübəli idmançı Varşavada keçirilən, Polşanın tanınmış güləşçilərinin xatirəsinə həsr olunan ənənəvi turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.
Bu uğur idmançımız üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Meşvildişvili ötən ay Macarıstanda baş tutan reytinq turnirini zədə səbəbindən buraxmışdı. Lakin o, Varşava turnirində yüksək formada olduğunu sübut edərək fəxri kürsünün zirvəsinə qalxmağı bacarıb.
Giorgi Meşvildişvili bu nəticə ilə həm də sentyabrda keçiriləcək dünya çempionatı öncəsi özünə olan inamı bir daha artırmış oldu.
© Copyright 2025, All Rights Reserved