Günay Qurbanova dünya üçüncüsüdür
Günay Qurbanova U-23 Dünya Çempionatında bürünc medal qazandı!
90plus.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycanın qadın güləşçisi Günay Qurbanova möhtəşəm nəticəyə imza atıb.
59 kq çəki dərəcəsində çıxış edən 18 yaşlı idmançı italiyalı rəqibi Aurora Russovu “tuş”la məğlub edərək bürünc medal qazanıb. Bu nəticə ilə Günay Qurbanova yarışda Azərbaycan qadın güləşi üçün ilk və yeganə medalı təmin edib.
Gənc və perspektivli güləşçimizin bu uğuru Azərbaycan güləşi üçün mühüm nailiyyət kimi dəyərləndirilir.
📍U-23 Dünya Çempionatı (Novi Sad, Serbiya)
🥉 Günay Qurbanova – 59 kq, bürünc medal
© Copyright 2025, All Rights Reserved