Günün oyunları: 3 millinin oyunu var
Günün oyunları – 5 iyun
Bu gün futbol və voleybolda Azərbaycan milli komandaları mühüm qarşılaşmalara çıxır.
90plus.az xəbər verir ki, gün ərzində həm futbol, həm də voleybol üzrə Azərbaycan milliləri üçün vacib sınaqlar keçiriləcək:
Qadınlar, futbol. Dünya çempionatının seçmə mərhələsi:
Saat 18:00 Azərbaycan – Macarıstan
TV: İdman TV
Qadın milli komanda qrupda ikinci yerdədir və lider Macarıstanla vacib oyuna çıxır. İlk qarşılaşmada Macarıstan 1:0 hesabı ilə qalib gəlmişdi.
Voleybol – Avropa Liqası:
Saat 18:00 Azərbaycan – İsveç
TV: CBC Sport
Azərbaycan qadın voleybol millisi turnirdə İsveçə qarşı ilk oyununu keçirir.
Yoxlama oyunu, futbol. Əsas milli:
Saat 22:00 Azərbaycan – Malta
TV: CBC Sport
Əsas milli komanda beynəlxalq yoldaşlıq matçında Maltanı qəbul edir. Bu oyun Millətlər Liqası üçün heyətin yoxlanılması və taktiki hazırlıq baxımından önəmlidir.
© Copyright 2026, All Rights Reserved