Günün oyunları: “Man Siti” də, “Liverpul”da matça çıxacaq
Bu gün Avropada 3 maraqlı qarşılaşma keçiriləcək. İngiltərə Premyer Liqası və Almaniya Kubokunda diqqətçəkən oyunlar futbolsevərləri gözləyir.
90plus.az xəbər verir ki, saat 23:30-da İngiltərə Premyer Liqasında “Mançester Siti” öz meydanında “Fulhem”i qəbul edəcək. Qarşılaşma İdman TV, Setanta Sports 1, beIN Sports 3, beIN CONNECT Turkey və TOD Turkey kanalları vasitəsilə yayımlanacaq.
Saat 23:45-də Almaniya Kubokunun 1/4 final mərhələsində “Bayern Münhen” ilə “Leypsiq” üz-üzə gələcək. Matç Sifir TV Turkey vasitəsilə canlı yayımlanacaq.
Gecənin son maraqlı oyunununda isə saat 00:15-də Premyer Liqada “Sanderlend” doğma azarkeşləri önündə “Liverpul”u sınağa çəkəcək. Bu qarşılaşma İdman TV, Setanta Sports 2, beIN Sports 4, beIN CONNECT Turkey və TOD Turkey kanallarında canlı göstəriləcək.
© Copyright 2026, All Rights Reserved