Günün oyunları: Millimiz DÇ-2026 üçün ilk matçına çıxır
                            
                        
                            
                                Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsində ilk oyunu bu gün keçiriləcək.
90plus.az xəbər verir ki, Azərbaycan yığması bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupundakı ilk oyununa çıxacaq. Fernandu Santuşun rəhbərlik etdiyi komanda səfərdə İslandiya ilə üz-üzə gələcək. Matç Reykyavikdə yerləşən “Lauqardalsvöllur” stadionunda saat 22:45-də başlayacaq. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
D qrupunun digər oyununda Ukrayna Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi seçmə mərhələnin ikinci turunda, sentyabrın 9-da, Bakıda Ukrayna ilə üz-üzə gələcək.
Bu gün keçiriləcək seçmə mərhələ oyunları:
Saat 22:45 İslandiya – Azərbaycan 
TV: CBC Sport; S Sport+ Turkey; Exxen Turkey
Saat 22:45 Ukrayna – Fransa 
TV: Exxen Turkey
Saat 22:45 İtaliya – Estoniya 
TV: Exxen Turkey
Günün digər diqqətçəkən qarşılaşması isə U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək. Azərbaycan gənclərdən ibarət milli komandası saat səfərdə Portuqaliya ilə qarşılaşacaq:
Saat 22:30 Portuqaliya - Azərbaycan 
(U-21 Avropa çempionatı, seçmə oyun)
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved