Günün oyunları: Niderland - Yaponiya
Dünya Çempionatında günün oyunları: Almaniya meydana çıxır, Niderland və Yaponiya üz-üzə gəlir.
90plus.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatında qrup mərhələsinin növbəti oyun günü azarkeşləri dörd maraqlı qarşılaşma gözləyir. Bu gün E və F qruplarında ilk turun oyunları keçiriləcək.
Günün ilk matçında mundialın favoritlərindən biri olan Almaniya millisi Kurasao ilə qarşılaşacaq. Almanlar turnirə qələbə ilə başlamağı hədəfləyir, Kurasao isə Dünya Çempionatı tarixində növbəti sürprizə imza atmağa çalışacaq.
F qrupunda isə diqqətlər Niderland – Yaponiya görüşünə yönələcək. Son illərdə böyük turnirlərdə sabit çıxışları ilə seçilən hər iki komanda mundiala uğurlu start vermək niyyətindədir.
Günün oyunları
Dünya Çempionatı, qrup mərhələsi
Qrup E
Saat 21:00 Almaniya – Kurasao
Qrup F
Saat 00:00 Niderland – Yaponiya
Qrup E
Saat 03:00 Fil Dişi Sahili – Ekvador
Qrup F
Saat 06:00 İsveç – Tunis
Bütün qarşılaşmalar İctimai TV vasitəsilə canlı yayımlanacaq.
© Copyright 2026, All Rights Reserved