Günün oyunları: “Qarabağ - Çelsi”
Bu gün Azərbaycan futbolu üçün xüsusi gündür. Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Qarabağ” Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək.
90plus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı oyun saat 21:45-da başlayacaq.
Turnir cədvəlində hər iki komandanın aktivində 6 xal var. “Çelsi” hazırda 13-cü, “Qarabağ” isə 15-ci yerdə qərarlaşıb. Qurban Qurbanovun komandası üç xal qazanacağı təqdirdə həm xallarını artıracaq, həm də mövqeyini irəli daşımaq şansı əldə edəcək.
Tərəflər arasında bundan əvvəl keçirilmiş iki qarşılaşma 2017/18 mövsümündə baş tutub. Həmin mövsümdə “Qarabağ” səfərdə 0:6, Bakıda isə 0:4 hesabı ilə uduzmuşdu. Bu dəfə isə Ağdam təmsilçisi daha rəqabətli görüntü sərgiləməyə çalışacaq.
Günün futbol proqramı
UEFA Gənclər Liqası, U-19
Saat 15:00 Qarabağ – Çelsi
Çempionlar Liqası, Liqa mərhələsi — 4-cü tur
Saat 21:45 Qarabağ – Çelsi
(Azərbaycan – İngiltərə)
TV: CBC Sport; Okko Sport; tabii Turkey; tabii Spor Turkey
Saat 21:45 Pafos – Vilyareal
(Kipr – İspaniya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 Man Siti – Borussiya Dortmund
(İngiltərə – Almaniya)
TV: CBC Sport; Okko Sport; tabii Turkey; tabii Spor Turkey
Saat 00:00 Brügge – Barselona
(Belçika – İspaniya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 Ayaks – Qalatasaray
(Niderland – Türkiyə)
TV: İctimai TV; TRT 1; Digiturk Play Turkey; Okko Sport; tabii Turkey
Saat 00:00 Benfika – Bayer Leverkuzen
(Portuqaliya – Almaniya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 İnter – Kayrat
(İtaliya – Qazaxıstan)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 Marsel – Atalanta
(Fransa – İtaliya)
TV: Okko Sport; tabii Turkey
Saat 00:00 Nyukasl – Atletik Bilbao
(İngiltərə – İspaniya)
TV: Okko Sport; tabii Turkey
© Copyright 2025, All Rights Reserved