Günün oyunları və avrokuboklarda püşkatmalar
Günün oyunları və avrokuboklarda püşkatma mərasimləri...
90plus.az xəbər verir ki, bu gün Azərbaycan Premyer Liqasında 22-ci turun daha iki qarşılaşması keçiriləcək.
Saat 14:30-da “Kəpəz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Görüş CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Günün ikinci oyunu saat 18:00-da baş tutacaq. “Araz” öz meydanında “Zirə” ilə üz-üzə gələcək. Bu qarşılaşma da CBC Sport vasitəsilə azarkeşlərə təqdim olunacaq.
Bununla yanaşı, bu gün avrokuboklarda 1/8 final mərhələsinin püşkatma mərasimləri keçiriləcək.
Saat 15:00-da UEFA Çempionlar Liqasının 1/8 final cütlükləri müəyyənləşəcək.
Saat 16:00-da UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.
Saat 17:00-da isə UEFA Konfrans Liqasında 1/8 final cütləri bəlli olacaq.
Hər üç püşkatma mərasimi CBC Sport-un rəsmi YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.
© Copyright 2026, All Rights Reserved