Günün oyunu: “Real Madrid - Xetafe”
“Real Madrid” – “Xetafe”: Xal itkisinə yer yoxdur.
90plus.az xəbər verir ki, “Real Madrid” bu gecə “Santyaqo Bernabeu”da “Xetafe”ni qəbul edəcək. “Osasuna”ya məğlubiyyətdən sonra zirvəni itirən madridlilər çempionluq yarışında “Barselona”dan geri qalmamaq üçün mütləq qalib gəlməlidir.
Komandanın əsas ümidi Vinisiusdur. Braziliyalı son 5 oyunda 6 qol vurub. Kilian Mbappe dizindəki problem səbəbindən yenə heyətdə yoxdur. Cud Bellingem, Dani Sebalyos və Eder Militao da bu görüşü buraxacaq. Rodriqonun qayıdışı isə baş məşqçi Alvaro Arbeloa üçün müsbət məqamdır.
“Xetafe” “Bernabeu”da uğursuz seriyanı qırmağa çalışacaq. Qonaqlar təhlükəli zonadan 5 xal uzaqdadır və daha rahat şəkildə mübarizə aparacaq.
Saat 00:00 “Real Madrid” – “Xetafe”
Canlı: İdman TV; Setanta Sports 2; Match TV; Okko Sport; Sportbox.ru; Match! Football 2; matchtv.ru; S Sport; Exxen Turkey; S Sport+ Turkey
© Copyright 2026, All Rights Reserved