Gyökereş Səudiyyənin 3 qat artıq qazancına “YOX” dedi
Gyökereş Səudiyyə Ərəbistanından gələn 36 milyon avroluq təklifi rədd edib.
90plus.az xəbər verir ki, “Arsenal”ın hücumçusu Viktor Gyökereş yay transfer pəncərəsində Səudiyyə Ərəbistanından aldığı möhtəşəm təklifi qəbul etməyib.
Səudiyyə klublarından biri 26 yaşlı isveçli forvarda illik 36 milyon avro maaş təklif edib. Lakin Gyökereş bu təklifi rədd edərək “Arsenal”da qalmağa qərar verib.
“Transfer News Live” bu xəbəri yayıb.
London təmsilçisinin hücumçusu hazırda “topçular”da illik 12 milyon avro qazanır və klubun əsas fiqurlarından biri sayılır.
Gyökereşin bu qərarı “Arsenal” azarkeşləri tərəfindən böyük rəğbətlə qarşılanıb — isveçli ulduzun məqsədi “topçular”la birlikdə Premyer Liqa və Çempionlar Liqasında uğur qazanmaqdır.
© Copyright 2025, All Rights Reserved