"Sportinq"in hücumçusu Viktor Gyökereş kayerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
90plus.az xəbər verir ki, onun xidmətində maraqlı olan "Mançester Yunayted"in hərəkətə keçdiyi diqqətə çatdırılıb. "Qırmızı şeytanlar" artıq Lissabon təmsilçisi ilə bu transferi müzakirə ediblər və qarşı tərəfin istədiyi məbləği ödəməyə hazırdırlar. Mənbə keçidin cari mövsümün sonunda reallaşa biləcəyini vurğulayıb.
26 yaşlı Gyökereş cari mövsüm bütün turnirlərdə 21 matça çıxaraq 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Sportinq"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı İsveç millisinin forvardının qiymətini 70 milyon avro ilə dəyərləndirir.
© Copyright 2025, All Rights Reserved