Gyökereşin son anda qolu mundiala apardı
Viktor Gyökereşin son dəqiqə qolu İsveçi 2026 Dünya Çempionatına apardı.
90plus.az xəbər verir ki, Dünya çempionatı, Pley-off finalında Levandovskili Polşa uduzaraq kənarda qaldı. Qrem Potter İsveç millisinin baş məşqçisi vəzifəsinə əsas bir məqsədlə gətirilmişdi — komandanı 2026 Dünya Çempionatına çıxarmaq.
İngiltərəli mütəxəssis buna nail oldu! İsveç bu yay Dünya Çempionatında iştirak edəcək:
İsveç 3 - 2 Polşa
E. Elanqa 20’
N. Zalevski 33’
Lagerbielke 44’
K. Sviderski 55’
V. Gyökereş 88’
Qollar:
https://t.me/doxsanplus/115938
https://t.me/doxsanplus/115941
Böyük ehtimalla Robert Levandovskinin Polşa millisində mundiala çıxması üçün son şans idi! Alınmadığı üçün meydanın ortasında üzgün və gözləri dolmuş Levanın görüntüsü:
https://t.me/doxsanplus/115947
İsveç Dünya Çempionatı seçmələri boyunca bir dənə də olsun oyunda qələbə qazana bilmədi.
Qrupda cəmi 2 xalla sonuncu yeri tutmalarına baxmayaraq, Millətlər Liqası vasitəsilə onlara ikinci şans verildi və ən vacib anda oyun səviyyələrini artırdılar.
Vəsiqələrini qazandılar.
© Copyright 2026, All Rights Reserved