Haalandı Avropada saxlaya bilən yoxdur
2025-ci ildə beynəlxalq turnirlərdə ən çox qol vuran futbolçunun adı bəlli olub.
90plus.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının məlumatına əsasən, Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haaland bu göstəricidə hamını qabaqlayıb.
Ulduz forvard cari mövsümdə beynəlxalq oyunlarda ümumilikdə 30 dəfə fərqlənib — onlardan 17-i klubunun, 13-ü isə milli komandasının heyətində vurulub.
İkinci pillədə “Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn qərarlaşıb. Təcrübəli futbolçu bu il beynəlxalq qarşılaşmalarda 21 qola (klubda 14, yığmada 7) imza atıb.
© Copyright 2025, All Rights Reserved