Haaland: "Qvardiola məni bezdirib artıq"

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland, baş məşqçisi Xosep Qvardiola haqqında danışıb.
90plus.az xəbər verir ki, 23 yaşlı forvard mütəxəssisin onu bəzən əsəbiləşdirdiyini bildirib:
“Bəli, Qvardiolada insanı qıcıqlandıran bəzi məqamlar var. Çünki o, ən kiçik detallara çox diqqət yetirir. Məhz bu kiçik nüanslar insanı yorur. Qvardiola dəfələrlə eyni şeyi deyir: “Bunu elə, bunu elə”.
Qeyd: Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Haaland isə 2022-ci ilin yayında Dortmund "Borussiya"sından "şəhərlilər"ə transfer olub.
© Copyright 2025, All Rights Reserved