Hakan Çalhanoğlu “İnter”də 200-cü oyununu keçirdi
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu klub üçün 200-cü rəsmi oyununu keçirib.
90plus.az xəbər verir ki, 31 yaşlı türk futbolçu 9 dekabr 2025-ci il tarixində “Liverpul”la qarşılaşmada start heyətində meydana çıxıb. Lakin 11 dəqiqə sonra zədələndiyi üçün əvəzlənərək yerini Piotr Zielinskiyə verib.
Çalhanoğlu 2021-ci ilin yayından bəri “Neradzurri”də çıxış edir və kluba sərbəst agent kimi qoşulub. O vaxtdan bəri “İnter”də 45 qol vurub və 34 asist edib.
Türk yarımmüdafiəçi İtaliya klubunda altı kubok qazanıb: üç İtaliya Super Kuboku, iki İtaliya Kuboku və 2023/24 mövsümündə Seriya A çempionluğu.
© Copyright 2025, All Rights Reserved