Halanda həbs şoku - 60 avroya görə

Erlinq Haland 60 avro cərimə ödəmədiyi üçün 1 günlük həbsə girə bilər.
90plus.az xəbər verir ki, Pep Qvardiolanın rəhbərliyi altında zəif bir dövr keçirən və mənfi rekordlar qıran "Mançester Siti"nin ulduz hücumçusu Erling Haaland hüquqi problemlərlə üzləşə bilər.
25 oktyabr tarixindən etibarən İsveçrənin Vaud kantonunun Rəsmi Qəzetində Haaland tərəfindən törədilmiş bir pozuntu ilə bağlı məlumat yer alır.
HƏBS OLUNA BİLƏR
İsveçrə mətbuatı "Blick"ə istinadən xəbər verir ki, futbolçunun törətdiyi pozuntuya görə aldığı 60 avroluq cəriməni ödəməməsi onu bir günlük həbs cəzasına və ya sərhəddə saxlanılmasına səbəb ola bilər.
ƏGƏR ÖDƏSƏ...
Lakin bu vəziyyət ulduz futbolçunun İsveçrəyə qayıtmadan əvvəl cəriməni ödəməsi ilə qarşısı alına bilər. Bildirilir ki, Haaland bu cəriməni Vaud kantonunda yaşayan atası Alf-Ingeyə səfəri zamanı alıb.
İngiltərə Premyer Liqasının ən çox qazanan ikinci futbolçusu olan və mövsümdə 20 milyon avrodan çox gəlir əldə edən Haalandın hələ də 60 avroluq cəriməni ödəməməsi diqqət çəkir.
© Copyright 2025, All Rights Reserved