Hansi Flik: “Bu klub üçün yaşayıram”

Hans-Diter Flik: “Barselona məni tamamilə dəyişdi”.
90plus.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubuna gələndən sonra həyatının dəyişdiyini etiraf edib. Alman mütəxəssis “AS” nəşrinə müsahibəsində “Barça”ya olan sevgisindən danışıb.
Flik keçmişdə “Bayern Münhen”lə “Barselona”ya qarşı 8:2 hesablı qələbəni xatırladaraq bildirib ki, o zaman belə sevinməyib:
“'Bayern Münhen' ilə 'Barselona'ya 8:2 hesabı ilə qalib gəldiyimiz oyunda bircə dəfə gülümsəməmişdim. İndi isə daha çox emosiyam var. “Barça” məni tamamilə dəyişdi. Bu klubu, yerli sakinləri sevirəm. “Barça”ya görə bacardığım hər şeyi edirəm. Bu klub üçün yaşayıram.”
Flik 2024/25 mövsümündən etibarən “Barselona”nı çalışdırır və komanda onun rəhbərliyi altında La Liqada yüksək nəticələr göstərməyə davam edir.
© Copyright 2025, All Rights Reserved